Solo
'Raise My Rent' sədalanırdı.Tüstüdən otağı təsvir etmək mümkün deyildi.Sırası ilə bütün hər şeyi düşündü(ailəsini,dostlarını,düşmənlərini,sevdiyi qadınları).Hər xatırladığı pis xatirədə başı özündən aslı olmayaraq sağa doğru surətli və yarım hərəkət edirdi.Bir tərəfdən də gitarın solo'ları sanki belinə çəkiclə vurub gövdəsini aşağı endirirdi(buna bir növ qarın ağrısı da demək olar).İlk əvvəl boğazı qıcıqlanmağa başladı boğazını təmizləmək istəsə də boğazına nələrsə gəlib yığıldı sonra isə qusmağa başladı.Özünə gəldikdən sonra təmizləndi.Daha sonra keçib yerinə oturdu.Çox keçmədiki yenidən qusdu,sonra yenə və yenə .Zəhərlənmişdi.Xatirələri onu zəhərləmişdi...

