Qaraçılar məhəlləsində ki,eşq.
Fulminense.19 yaşımda tərk edib getdiyim şəhər.Bu dəfə daha kiçik yaşlı bir dilənçi kimi deyil də,məhşur bir inşaat mühəndisi kimi gəlirəm keçmiş məhəlləmə.Məhəlləmizi diqqətlə süzüb sonra bir-bir küçələrin arasınada gəzməyə başladım.Bura nə keçmiş dostlarımı görməyə,nə də, qohum əqraba görüşünə gəlmişəm.Silvianı axtarmağa gəlmişəm.Bu haqda geniş danışardım amma deyəsən mağazanın kənarından keçən onun özüdü.Silvia!Arxasınca qaçdım.Bu həqiqətəndə Silvianın özüdü.Əlimlə onun çiynindən tutub özümə tərəf döndərdim.Silvia geri döndü.Məni görcək təəccübləndi.Biraz duruxdu.Özünü ələ alıb:
.-Diego?Bu sənsən?
-Sən həqiqətən məni tanıdın Silvia?Mən düşünürdüm ki,adım belə sənin yadından çıxıb.
-Aman Allahım!Diego inanmıram bu sənsən.De görüm necəsən?Niyə gəlib-getmədin heç?
-Silvia istəyirsən əyaqüstündə söhbət etməyək gedək bir kafeyə rahat-rahat söhbət edək.
-Yaxşı necə istəyirsən.
Yol boyu bir-birimizə sadəcə baxıb gülümsədik.İçimdən onu qucaqlamaq keçirdi.Artıq planlarımı qurmuşdum.Silvianıda götürüb aparacam burdan.Evlənəcəm onunla,gözəl övladlarımız olacaq.Artıq kafeyə gəlib çatmışdıq.İçəri daxil olub qıraqda bir yerdə boş masa tapıb əyləşdik.İkimizdə südlü qəhvə və 1 dilim şokaladlı tort sifariş etdik.Bu dəfə söhbətə mən başladım.
-Məhləmiz heç dəyişməyib.
Silvia gülümsəyərək:
-Hə elədir.
Söhbətə davam etdim:
-Bəs Perezin dükanı hələ də,yerindədirmi?
Silvia köksünü ötürərək:
-Perez 2 il bundan əvvəl vəfat edib.İndi onun dükanını nəvəsi işlədir.
-Çox heyif...Axxx qoca Perez...Daha oranı kim işlədir,işlətsin Perez kimi oyuncaqlar düzəldə bilməz.
-Məndə bu fikirdəyəm Diego.
Sükut çökdü.Qəhvə ilə torta cumduq.Çox acmışdım əslində.Ac vaxtımda tort heç də,yaxşı olmamışdı.
Silvia sükutu pozdu:
-İşlərin necədir?İstədiyin kimi biri ola bilmisənmi?
-Hə əlbətdə.
-Biraz işindən danış görüm mənə.
Silvia danışarkən onun göy gözləri ışıldayır və kiçik dodaqları enlənirdi.
Söhbətə başladım:
-Mən inşaat mühəndisiyəm.İşlədiyim şirkətdə ölkənin ən güclü şirkətlərindəndir.
Silvia gülümsəyərək:
-Sənin adına sevindim.
-Silvia uşaqlığımız yadındadır?
-Heç unudaram?-deyə gülümsədi.
-Yadındadır birinin cibində ki,pulları çıxardanda görüb səni tutmuşdu mən də,onun əlini dişlədim səndə tez qaçdın.
-Və arxamızdan nə qədər qaçdısada tuta bilmədi.
-Heç unutmamısan.
Bura gələndən bəri Silviaya sualım vardı amma heç cür bu sualı ona verə bilmirdim.Özümü cəmlədim və sanki lüləsindən çıxın güllə kimi Silviaya sualımı verdim:
-Mənimlə gəlmədiyinə peşmansanmı bəs?
-Düzünü desəm hə.
-Səni heç unutmadım bu illər ərzində.
-Heç məndə.Bilirsən Diego.Mən sənin kimi cəsarətli biri deyiləm.Bu hələ də,belədir.Sən daha az pul qazanıb məktəbdə dərs oxumağı seçdin mən isə pulu.
Bu sözlər məni keçmişə apardı.Gözlərimin sulandığını hiss edəndə özümü topladım və sözə başladım:
-Daha bunların bir önəmi yoxdur Silvia.Mən yenidən gəldim və bir yerdə gedəciyik burdan.Biz evlənəciyik mənim böyük bir villam var.Biz orda yaşayacıyıq sonra övladlarımız olacaq.Tez-tez səyahətlərə gedəciyik.Bilmək olmaz bəlkə nəvə sahibidə olduq.Mən bunun üçün gəlmişəm bura.
-Diego.Mən bu arzulara şərik olmaq istərdim amma sən gəlişinə baxmayaraq gecikdin.Mən həm evli bir qadın həmdə kiçik bir qız uşağı anasıyam.
Bədənimdən bir anda soyuq tərlər axdı,dodaqlarım əsdi,göz qapaqlarım yumuldu.Cəld bir şəkildə qəhvəmi içib tortumu yeyib bitirdim.Artıq yaşlar göz bəbəklərimdə yığılıb qalmışdı.Silviadan üzür istəyərək hesabı ödəyib oranı tərk etdim.Deyəsən ilk cümlələrimdə özümü yaman lovğa aparmışdım.Kaş ki,inşaat mühəndisi Diegodansa,kiçik yaşlı dilənçi Diego olaraq qalardım...


0 Yorum:
Yorum Gönder
Kaydol: Kayıt Yorumları [Atom]
<< Ana Sayfa