16 Şubat 2014 Pazar

Məhv olmaq üzrə


Yazılarım üsyan doludur.Dilim,dodağım,ağzım kin qusmağa hazırdır.İlahi bir üsyan deyil mənim ki,insani üsyandır.Çox yoruldum.Bir ağac kölgəsi tapıb oturmaq istəyirəm amma dost dediklərim nə bir ağac qoyublar nə də bir stol.Çox səhv etdim.Onlara güvənən mən idim axı.Həyatda doğru və ya yanlış deyilən bir şeyin olmadığına inanıram artıq.Belə deyim hamısı bir təcrübə.Səhv etdiyim dediyimin özü bir təcrübəydi.Necə ki,güvəndim necə ki,sevdim və s.Bunlardan bir dərs çıxarmalıyam.Məncə,siz də çıxarın.Dərs çıxarmadıqca yanlışlar edirik.Bax elə budur yanlışlar.Ehh…Səbr kasam dolub artıq.Sözlərimi uzatmaq istəyirəm amma nədən başlayacağımı bilmirəm.Nəyə görə biz azlar çoxlara tabeyik axı.Bəlkə də,bir dəfə azlar qalib gələcək.Məncə gəlməlidir də.Çoxlara ən azından bir təşəkkür borcum olmalıdır.Onlar göstərdilər bu həyatda yaşamağın yolun.Bu həyatın murdar üzün.Torpağa belə yazığım gəlir.Alır bunları ağuşuna.Məcburən qəbul edir onları.Hər dəfə xeyir iş görən də deyilməlidirmi ‘’nə isə fırıldağı var bunun’’.’’Bir çıxarı olmazsa görməz bu xeyir işi’’.’’Kömək etməz insanlara durduğu yerdə’’.Bir qadını sevən də ‘’aldadacaq bu da məni’’ deyə qəlbini verməyəcək mənə.Əsir əllərim əsir.Əsəbimdən bilmirəm nə edim.Necə fəryad edim ki,dağlar,daşlar belə duysun məni.Dərdimi bölməyə yoxdurmu bir insan İlahi?Görmürsənmi gözlərinin qarşısında yox olur insanlar.İnsanlığın itirir.Bir parça çörək üçün şərəf və ləyaqətini çölə atır insanlar.Köhnədən itə belə sümük verilərdi indi o sümüyü belə özünə qənimət bilir insanlar.Mən susum?Axı dözmür buna qəlb.Öldürür məni.Ruhum istirablar için də yanır tutuşur günbəgün daha ağırlaşır əzabım.Axı nə zamana kimi?Demiyəcəm bəs niyə mən.Çünki bunu edən mən oldum.Gərək mən də yaşayardım onlar kimi bəlkə adım sanım olardı dəli deməzdi heç kim mənə.Danışarkən daha da betər oluram gərək susum yoxsa ruhum dözməyib tərk edəcək bu bədəni.Hələlik susuram…


4 Yorum:

saat: 25 Şubat 2014 07:09 , Anonymous Adsız dedi ki...

Beyendim Ugurlar! Yenilerini gozleyirem!

 
saat: 8 Nisan 2014 03:23 , Blogger Yusif Ayxan dedi ki...

Təşəkkür Cəlal.

 
saat: 1 Haziran 2015 08:14 , Anonymous uk dedi ki...

'Nəyə görə biz azlar çoxlara tabeyik axı.Bəlkə də,bir dəfə azlar qalib gələcək.Məncə gəlməlidir də' yusuf kardeşim tarihte azların da galip geldigi olmuştur o zamanda tarih yeniden yazılmıştır.iyi çalışmalar

 
saat: 2 Haziran 2015 20:47 , Blogger Yusif Ayxan dedi ki...

Teşekkürler Uk.

 

Yorum Gönder

Kaydol: Kayıt Yorumları [Atom]

<< Ana Sayfa