23 Şubat 2014 Pazar

Yuxu


Bu gün bir yuxu gördüm.Heç yadımdan çıxmaz.Qarşımda özüm mən isə bir daş parçası.Götürürəm özümü əlimdə oynadaraq elə hey gileylənirəm özümdən.Nəyin nə olduğuna,bunun nə olduğuna fikir vermədən özüm olmayan özümü dinləyirdim.Deyir ey daş parçası tək dərd yoldaşım sənsən.Sahibim çox əzab verir mənə.Ağlamaq istəyən də gülməyi əmr edir.Susmaq istəyən də danışmağı,güvənmədiyim halda güvənməyi,sevmədiyim halda sevməyi əmr edir.Sahibim çox axmaq biridir həm də boşboğaz.Hər qarşısına çıxanı sevən hər kəsə güvənən səfehin biridir.Əslin də özü olsa yaxşı biridir.Məni dinləmək istəmir heç.Bilirsən hər gecə yatanda vicdana yalvarıram ki,biraz ona ağrı çəktir.Vicdan susur,dinmir.Deyir nə etdim olmadı.Başqa əlacım qalmayıb artıq.Bilirsən ey daş parçası məni biraz dinləsəydi...amma dinləmir ki,dinləmir.Qorxuram ondan.Uçuruma doğru gedir.Uçurum da nə uçurum...Güllərin və çiçəklərin yanından keçib gedir.Əyaqlara yalvarıram.Onlar da susurlar.Deyir biz getmirik bizi sürüyərək aparır.Gözlərə yalvarıram.Deyirlər ki,biz artıq qırpılmırıq və mən ey daş parçası səni qırağa ataraq dayandırıram mübarizəmi.Sahibimi görsən əgər bir gün çağır dostlarını hasar quraraq dayandırın onu.Məni götürüb uzaqlara atdı.Uçuruma yaxın bir yerə düşdüm.O qədər surətli atmışdı ki,yerdə belə surətlə gedirdim.Uçuruma doğru gedirdim.Nə qədər etdimsə də,yavaşlaya bilmədim.Qarşımda bir uçurum var və mən surətlə ona çatıram.Uçurumdan düşdüm.Yerə düşən vaxt yuxudan tərlər için də oyandım.İçimə səslənərək sadəcə qışqırdım.MƏNİ BAĞIŞLA!

16 Şubat 2014 Pazar

Məhv olmaq üzrə


Yazılarım üsyan doludur.Dilim,dodağım,ağzım kin qusmağa hazırdır.İlahi bir üsyan deyil mənim ki,insani üsyandır.Çox yoruldum.Bir ağac kölgəsi tapıb oturmaq istəyirəm amma dost dediklərim nə bir ağac qoyublar nə də bir stol.Çox səhv etdim.Onlara güvənən mən idim axı.Həyatda doğru və ya yanlış deyilən bir şeyin olmadığına inanıram artıq.Belə deyim hamısı bir təcrübə.Səhv etdiyim dediyimin özü bir təcrübəydi.Necə ki,güvəndim necə ki,sevdim və s.Bunlardan bir dərs çıxarmalıyam.Məncə,siz də çıxarın.Dərs çıxarmadıqca yanlışlar edirik.Bax elə budur yanlışlar.Ehh…Səbr kasam dolub artıq.Sözlərimi uzatmaq istəyirəm amma nədən başlayacağımı bilmirəm.Nəyə görə biz azlar çoxlara tabeyik axı.Bəlkə də,bir dəfə azlar qalib gələcək.Məncə gəlməlidir də.Çoxlara ən azından bir təşəkkür borcum olmalıdır.Onlar göstərdilər bu həyatda yaşamağın yolun.Bu həyatın murdar üzün.Torpağa belə yazığım gəlir.Alır bunları ağuşuna.Məcburən qəbul edir onları.Hər dəfə xeyir iş görən də deyilməlidirmi ‘’nə isə fırıldağı var bunun’’.’’Bir çıxarı olmazsa görməz bu xeyir işi’’.’’Kömək etməz insanlara durduğu yerdə’’.Bir qadını sevən də ‘’aldadacaq bu da məni’’ deyə qəlbini verməyəcək mənə.Əsir əllərim əsir.Əsəbimdən bilmirəm nə edim.Necə fəryad edim ki,dağlar,daşlar belə duysun məni.Dərdimi bölməyə yoxdurmu bir insan İlahi?Görmürsənmi gözlərinin qarşısında yox olur insanlar.İnsanlığın itirir.Bir parça çörək üçün şərəf və ləyaqətini çölə atır insanlar.Köhnədən itə belə sümük verilərdi indi o sümüyü belə özünə qənimət bilir insanlar.Mən susum?Axı dözmür buna qəlb.Öldürür məni.Ruhum istirablar için də yanır tutuşur günbəgün daha ağırlaşır əzabım.Axı nə zamana kimi?Demiyəcəm bəs niyə mən.Çünki bunu edən mən oldum.Gərək mən də yaşayardım onlar kimi bəlkə adım sanım olardı dəli deməzdi heç kim mənə.Danışarkən daha da betər oluram gərək susum yoxsa ruhum dözməyib tərk edəcək bu bədəni.Hələlik susuram…