23 Ocak 2014 Perşembe

Heçliyin Heçi

Bir yaş daha böyüdüm artıq.Anlaya bilmirəm.İnsanların yanlız sənin qədrini bildiyi tək gündür…Hə bir də ölüm günün var bu başqa məsələ.Yoxluq irəliyəmi getməkdir yoxsa geriyə getməkmi bilmirəm.Deyəsən yerim də sayıram.Xoşbəxtəmmi?
Bilmirəm.Ehtiyacım varmı?Bunuda bilmirəm.Çox yorğunam.Hər şeyin mənasını itirdiyi bu dövr də 18 yaş cavanlıq deyil qocalıq yaşıdır.Yenilik belə çıxarsam insanların əlin də oyuncaq olacaq və dəyərini itirəcək.Bu yazını neçə dəfə silmişəm heç bilmirəm.İndi düşünürəm ki,yox olmaqmı yaxşıdır görəsən.İnsanı həyata bağlayan bir şey olmalıdır mütləq.Ya mən hələ tapa bilməmişəm ya gözlərimin qarşısındadır mən görmürəm ya da heç yoxdur.Yaxşı anlamaq lazımdır ki,fərqli bir şey yoxdur.Düşünürəm ki, bir zaman mən də bu həyata yeni bir insan gətirəcəm.Gətirməliyəmmi?Bilmirəm.Ona nə məsləhət verməliyəm görəsən?Mənasız siyasətdənmi?İçki və siqaretin zərərlərindənmi?.Onun həyatına qarışmağım nə qədər doğru olar?Yoxsa gözüm görə-görə onu boşluq və iyrəncliklə dolu olan həyatın qollarınamı buraxım…Off…əslin də doğulmaq,yaşamaq,qocalmaq və ölməkmi?Yəni bu qədər bəsid?Nə isə çatışmır tapan kimi yazacam…