23 Kasım 2013 Cumartesi

Sən Olmayanda


Artıq gedişinin 5ci ayıdır qadın.Gedişinlə çox şeylər öyrətdin mənə.Sevgi sözünü belə yazanda qəlbimə sancılar dolur.Mən Məcnun olmadım.Məcnunu belə keçdim.Hər adın çəkilən də Nəsimidən betər soyulur dərim.Tanrı səni bilsə şeytanı yaratmazdı.Sənə yazdığım bu məktubdan əvvəl minlərlə vərəq cırıb atdım.İndi bilmirəm özümə qalibmi gəldim yoxsa məğlubmu oldum.Qarşı cinsdən bu cür məktub gözlənilməz.Mən bir şeyi bilirəm mən insanam.Lakin çox axmaq.İndi hər kəs elə anlayacaq ki,sanki bütün günah səndədir.Boş ver...Elə bizi ayıran insanlar deyilmiydi?İki nəfərlik bir sevgi olmadı bizimki.İndi heç özüm də bilmirəm ki, bu qədər aradan sonra səni niyə narahat edirəm,nəyə görə yenidən bir şans istəyirəm.Halbuki hər keçən gün səni biraz unutdurmalıdır.Bu sanki bir müalicədi.Dərmanım səni düşünməmək amma mən dərmanımı qəbul etmirəm görürsən.Sözlərimi qısa və dolu etmək istəyirəm.Son aylar məni ən çox düşündürən bir şey vardı.Düşünürdüm ki,görəsən axı mənə bu qədər acı verən nədir.Gözlərinmiydi yoxsa əllərin yoxsa dodaqların və s. hər şeyi düşündüm.Məktubu yazmağa 2 gün qalmış nəhayət tapdım...Bax ən çoxda məni düşünən də dəli edən şey budur.Vaxtiylə sadəcə mənə aid olan biri axı indi necə başqa birinin ola bilər.Hər səhər məni xoş sözlərlə məni oyadan biri axı necə indi bir başqa birini oyadacaq.Offf...Nəysə məktubu göndərməkdən imtina etməmiş sözümü bitirim.Mən YAXŞIYAM...

Şəkil üçün təşəkkür-Nijat Mammadzade Photoblog

22 Kasım 2013 Cuma

Gəmisiz Liman

Gəmisi olmayan bir liman kimiyəm.Bir zamanlar gəmilərim çox idi.Hara getsələrdi axırda dönərlərdi.Baxılmadığımdan paslanıram artıq.Gələnim yox gedənim yox.Gəmilər deyəsən yeni bir liman axtarışındadılar bəlkə də tapmışlardır.Görəsən mənim qədər geniş bir limandadırlar?...Bilmirəm.Məni düşündürən axı mənim nəyimi bəyənməmələridir.Bütün gün ya dalğalar çoşğun bir şəkildə çırpılır mənə ya da günəş ən qızmar şüalarını mənim tərəfə döndərir.Üstüm də bir lənət var deyəsən.Hələ sənə küləkli havadan danışmıram.Hərdən qonaqlarım olur.Yəqin ki,bildin qağayılar və qarğalar.Onlarda çox durmazlar dəqiqələr sonra uçub gedərlər.Mənə çox təəccüblüdür.Bəs görəsən məni nəyə görə sökmürlər.Qurtarmırlar bu əzabdan məni.Yox olub gedərdim.Gör nə qədər sevirəm ki onları hər gün düşünürəm ki,görəsən yeni bir liman tapdılar?Rahatdırlarmı?Yoxsa böyük bir burulğan onları məhv etdi?Tək bir şeyi bilirəm o da ki,əsla amma əsla mənim kimi liman heç bir zaman olmayacaq...

Foto üçün təşəkkür-Nijat Mammadzadə Photoblog

20 Kasım 2013 Çarşamba

Dayandır Məni

Dəyandır məni.Gedirəm.Gedərək hara gedəcəyimi bilmirəm.İndi elə bir haldayam ki,heç bir şey inan heç bir şey.Anlada bilmirəm.Sadəcə sözləri uzadıram.İçimdə bir varlıq var.Bilirsən sanki dünyaya göz açmış bir körpə kimiyəm.Heç nəyi anlamaz və heçnəyi bilməz amma...Bir iki doğma insan var sadəcə onları bilirəm.Korpə kimi ana və atasını tanıdığı kimi.Bir iki insan sadəcə doğmadır mənə.Həqiqəti dəsəm çox insan itirdim.Peşmanmıyam?Həqiqətən yox.Bu da bir həqiqətdir ki,onları eqomun təsiri ilə itirdim.Necə bir eqodur bu qısaca izah edim.Tanrını belə qısqanıram insanlardan.Mükəmməl biri olduğumu deyə bilmərəm amma demək bu sözü qeyd edirəmsə buna cəsarətim çatır deməkdir.Getməyim üçün bir səbəb yoxdur.Heç qalmağım üçün də həmçinin.Bu fikir hardan ağlıma gəlir heç bilmirəm.Bəlkə də içimdə ki,canlıdı bunu istəyən.Biz bir-birimizə tam əksik.Nə mən onun kimi olmaq istəyirəm nə də o mənim kimi.Görünür o qalibdir hələki.Mən bu şəhəri çox sevirəm.Gecələrini,küçələrini,musiqilərini amma içimdə olan bu canavar məni sanki dişləri ilə bərk-bərk tutub aparır bir leş kimi.Səndən tək istəyim var...Dayandır Məni!

Şəkil üçün təşəkkür:Nicat Məmmədzadə

19 Kasım 2013 Salı

Qonaq Gəl


Gəl bu gecə mənə qonaq.Çək bir stul otur azacıq söhbət edək.Danış görək necəsən.Nə vaxtandır söhbətləşməyə birin axtarırdım.Bilirsən boşluqdayam sanki.Son zamanlar öz səsimə belə küsmüşəm sanki.Danışmıram öz-özümlə.Mənə sabah öləcəksən desən belə önəmi olmaz mənim üçün.Nə isə başını ağrıtmayım.Bura bax deyirlər son vaxtlar qış daha soyuq keçəcək.Deyirəm nə yaxşı ki,qızınmağa qazımız var.Gəl bu qışı bizdə keçirək.Qazımızı yandırar isti çayımızı içərdik.Kitab da oxuyarıq.Hər şey...Deyirəm bu soyuqda çöldə yaşayanlarda var ha!Niyə gülürsən deyə soruşma.Siz heç onları düşünmədiniz amma mən heç olmasa düşündüm həm də qoy dövlət adamları isti yerdə oturmuş yanlarını qaldırıb bir iş görsün.Siqaret də qurtarır yavaş-yavaş.Gəl sənə bir şablon söz deyim.Çəkmə bu zəhrimarı.Bu bilirsən nəyə oxşadı?İndi sənə əlimdə siqaret tutub çəkmə deyirəm.Mən bunu şüşəsi mey dolu birinin ilahi bir sağlıq deməsinə bənzədirəm.Çox danışdım deyəsən birazda sən danış...

18 Kasım 2013 Pazartesi

Susuram...


Susuram... Hər kəsdən küsdüyüm üçün susuram.Məni həyata küsdürdükləri üçün susuram.Məni iyrənc bir məxluq etdikləri üçün susuram.Məni mən olduğum kimi deyil sırf özlərinin istədiyi kimi qəbul edən cəmiyyətə küsüb susuram.Qorxaqlıqı öyrədən amma şir kimi danışmağı istəyən bu insanlara küsüb susuram.Məni oyuncaq kimi qəbul edən hər zaman başqa insanlara misal çəkən valideyinlərdən küsüb susuram.Məndə xoş yalnız xoş söz gözləyən sevgilimdən küsüb susuram.Küsürəm dostlarımdan.Çörəyin yavanın mənimlə yeyib yağlı tikəni digərləriylə bölüşən dostlarımdan küsüb susuram.Sabahı bilinməyən amma pulun köləsi olan insanları görüb susuram.Özümdən küsürəm.Bu qədər murdarlığı görüb də sususan mənə küsüb susuram.

Dost



Dost yadındamı keçmişimiz?
Bir yerdə gəzərdik sübhdən gecəyə kimi.Bir yerdə danlanar bir yerdə ağlardıq.Yalan deməzdik bir-birimizə.Sənin mənim olmazdı bizim olardı həmişə.Yolda tapdığımız pulları bir yerdə xarcləyərdik.Sorma,buruq-buruq meyvəli sular alardıq.Gecəni sizdə oynayıb yuxulayıb sizdə yatardım.Heyflər olsun böyüdük!Ailə vəzyətlərimiz dəyişdi.Biz sizə baxanda varlandıq.Yeni ev alıb köçdük.Artıq mən yataqxana həyatını tərk edib baxçalı bir evə köçtüm.İllər sonra bizə gəldiniz.Həmən gün əyləndik güldük.Bir xatirə şəkli çəktik.Bir gecə yatan vaxt yadıma düşmüşdün.Şəkili götürüb yatağıma uzanmışdım.Şəkilə baxanda keçmişimiz gəldi gözlərimin qarşısına.Hə bir də unutmadım tanımadığımız məhlələrdən keçən vaxt tanımadığım məni təkləyən uşaqlardan qoruyardın məni.Şəklə biraz daha diqqətlə baxdım.Şalvarının diz hissələri kiçik-kiçik cırıqlarnan dolu idi.O gecəni o qədər ağlamışdım ki,gözlərim qızarmışdı.Yenə ağladım bu sözləri yazanda bax.Bəlkə gələcəkdə övladıma insanlıqdan,əl zəhmətindən və s. danışa bilməyəcəm amma dostluqdan böyük bir dərs keçəçəm bundan əminəm...

17 Kasım 2013 Pazar

Varlıq və Heçlik

Bu gün düşündüm.Bu gün düşündüm və anladım.Anladım ki,varlığımın və heçliyimin bir mənası yoxdur.Necə ki,torpaqdan gəldim elə cəsədim də torpağa qarışacaq.Qəbul edirəm ki,varlığımla heç bir şeyi dəyişməmişəm.Bu dünyaya gəlməsəydim belə hər şey öz axarında gedəcəkdi.Axı mən elə düşünürdüm ki,tarix olacam.Özüm silinib getsəm də adım tarixdə qalacaqdı.Hələ gəncəm yaşamağa uzun ömrüm olsa da heç nə dəyişməyəcək.Bəlkə də yalnış zamanda gəlmişəm ya 1əsr əvvəl ya da 1əsr sonra gəlməliydim.Kiçik tarix olmaq istəmirəm dostlarımın yaddaşında qalmaq.Bilirəm.Bir gün böyük bir tarix gələcək və məni siləcək.Dostlarımın qəh-qəhəsiylə unudulacam.Gülüşlər siləcək məni.Bir gün ya bilmədən birinin ağzından çıxacaq adım ya da bir sözüm yada düşərək xatırlanacam.Sadəcə qısa çəkəcək.Bu intihar məktubu deyil narahat olma və ya sevinmə.Sadəcə bir yazıdır yazdım.

15 Kasım 2013 Cuma

Zamanda Bir Tanrıdır

Qarşımda bir yol var.Döngələrini belə bilmədiyim.İnsanlar yaşayırmı itlər varmı işıqlımı heç onuda bilmirəm.Gedirəm dümdüz gedirəm.Dayanmadan.Sonumun nə olacağını heç bilmədən gedirəm.Hey fikirliyəm amma nəyi düşündüyümü belə bilmirəm bəlkə də niyə düşünə bilmədiyimi düşünürəm.Hər şeyi zamana buraxıb gedirəm.Bilirsən əslin də zaman da bir Tanrıdır.Bu iki ortaq varlığı birləşdirən çox çəhət var.Tanrının və ya zamanın nə edəcəyi bilinmir.Ya işlərimizi Tanrıya ya da zamana buraxarıq.Zamanla unudalar.Hər şeyi zamana burax və s.Yolu yarılamışammı nə qədər qalıb bilmirəm.Sadəcə tək bir şeyi bilirəm.Mən gedirəm və hər şeyə cihad edərək gedirəm.Bu dəfə özümü aldatmayaraq yalan söyləmədən deyə biləcəm bu dəfə özüm oldum bunu bacardım.Kimsənin istəyi və ya təsiri ilə deyil öz istəyimlə.Mən bunu bacardım...

14 Kasım 2013 Perşembe

7-8


Mənim ürəyim məzarlıq kimidir.Kim deyir insanın ürəyi yumruğu qədərdi?!Bəlkə də bu belədir amma mən razılaşmıram.Necə mi böyükdür qəlbim deyə soruşsan cavab verərəm.-Bu qəlbdə 7 qadın məzarı var hər biri bir-birindən fərqli hər biri başqa üsulla öldürülmüş tək bir ortaq cəhət var onlar ölüdürlər.İnanıram ki,bu sondur daha ölən olmayacaq.7 müqəddəs rəqəmdir bununla təsəlli tapıram.8ya sonuncudur ya da bu dəfə bir qadın deyil də öz məzarım üçün bir səbəb...Deyəsən şair olmuşam özümü belə tanımıram...